Digər

Ukraynanın üç regionunu vurmağa hazır idik - Rzayi

03 Aug 2026, 23:44 2 baxış
Ukraynanın üç regionunu vurmağa hazır idik - Rzayi

Ukraynanın üç regionuna zərbə endirməyə hazır idik, lakin onlar hücumun səhvən həyata keçirildiyini bildirdikdən sonra bu iddiaları yoxlamaq üçün cavabımızı dayandırdıq.


Axar.az xəbər verir ki, bu sözləri İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayi deyib.


“İstənilən halda, onlar öz zərbələrinə görə məsuliyyət daşımalıdırlar”, - Rzayi bildirib.


Qeyd edək ki, iyulun 25-də Rusiyanın ərazi sularında, Xəzər dənizində İran gəmisinə hücum olunub və nəticədə ekipaj üzvlərindən biri həlak olub. Hadisədən sonra İran insidentə görə Ukraynanı ittiham edib.

Mənbə axar.az

Oxşar Xəbərlər