İdman

Nəriman Axundzadə karyerasını Türkiyədə davam etdirəcək

03 Aug 2026, 18:16 17 baxış
Nəriman Axundzadə karyerasını Türkiyədə davam etdirəcək
Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadə karyerasını Türkiyədə davam etdirəcək. Oxu.Az Sportinfo.az-a istinadən xəbər verir ki, 23 yaşlı forvard Super Liqada mübarizə aparacaq "Erzurumspor"la danışıqları uğurla yekunlaşdırıb. O, ABŞ təmsilçisindən birillik icarəyə götürülüb. Nəriman ən qısa zamanda okeanın o tayından Türkiyəyə gələcək və məşqlərə qoşulacaq. Qeyd edək ki, "Erzurumspor" I Liqanın son çempionudur və beşillik fasilədən sonra yenidən Superliqada çıxış etmək hüququ qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər