İdman

"Qarabağ"ın Konfrans Liqası pley-offundakı rəqibi bəlli oldu

03 Aug 2026, 16:22 24 baxış
"Qarabağ"ın Konfrans Liqası pley-offundakı rəqibi bəlli oldu
Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Oxu.Az xəbər verir ki, Konfrans Liqasındakı yeganə təmsilçimiz "Qarabağ"ın rəqibi müəyyənləşib. Ağdam təmsilçisi pley-off mərhələsinə vəsiqə qazanacaqları təqdirdə "Tvente" (Niderland) - DAC 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. Xatırladaq ki, "Qarabağ" klubu pley-off mərhələsinə vəsiqə qazanmaq üçün Ukraynanın "Dinamo Kiyev" komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 6-da səfərdə, cavab qarşılaşması isə avqustun 13-də Bakıda keçiriləcək. Qeyd edək ki, Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27-də keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər