İdman

"Fənərbağça"nın Çempionlar Liqasında pley-off rəqibi bəlli oldu

03 Aug 2026, 15:50 18 baxış
"Fənərbağça"nın Çempionlar Liqasında pley-off rəqibi bəlli oldu
Türkiyə təmsilçilərindən "Fənərbağça"nın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi bəlli olub. Oxu.Az xəbər verir ki, İstanbul təmsilçisi III təsnifat mərhələsində Avstriyanın "Şturm Qrats" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-offda "Lion" - "Sparta Praqa" cütünün qalibi ilə qarşılaşacaq. Xatırladaq ki, İsmail Kartalın yetirmələri ÇL-in II təsnifat mərhələsində Polşa təmsilçisi "Qornik Zabrze" ilə gərgin mübarizədən iki oyunun yekununa görə qalib ayrılaraq adını inamla növbəti mərhələyə yazdırmışdı. Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər