İdman
2026/27 mövsümünə start verilir: AFFA-dan hakimliklə bağlı yekun qərarlar
AFFA Hakimlər Komitəsinin iclası keçirilib. Oxu.Az quruma istinadla xəbər verir ki, iclasda 2026/2027-ci illər mövsümünə hazırlıq çərçivəsində bir sıra mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub. Tədbirin gündəliyinə aşağıdakı əsas məsələlər daxil edilib: - Hakimlərin kateqoriyalar üzrə yekun siyahısının təqdimatı və təsdiqi; - AFFA, UEFA və IFAB-nin yeni təlimat, qayda dəyişiklikləri və tövsiyələrinin diqqətə çatdırılması; - Yeni mövsüm üzrə əsas hədəflərin, gözləntilərin və idarəçilikdə keyfiyyət standartlarının müəyyənləşdirilməsi. Müzakirələrin yekununda 2026/2027-ci illər mövsümü üçün hakim və hakim-inspektor siyahıları rəsmi olaraq təsdiqlənib. Elit kateqoriyalı hakimlər: 1. Əliyar Ağayev (FIFA); 2. Elçin Məsiyev (FIFA); 3. Kamal Umudlu (FIFA); 4. İnqilab Məmmədov; 5. Rəvan Həmzəzadə; 6. Fərid Hacıyev; 7. Tural Qurbanov (FIFA); 8. Rəşad Əhmədov; 9. Cavid Cəlilov; 10. Nicat İsmayıllı; 11. Rauf Cabarov; 12. Əli Əliyev; 13. Elvin Bayramov; 14. Kamranbəy Rəhimov; 15. Vüqar Həsənli (yeni). Elit kateqoriyalı köməkçi hakimlər: 1. Zeynal Zeynalov (FIFA); 2. Akif Əmirəli (FIFA); 3. Elşad Abdullayev (FIFA); 4. Pərvin Talıbov (FIFA); 5. Namik Hüseynov (FIFA); 6. Vüsal Məmmədov (FIFA); 7. Kamran Bayramov; 8. Müslüm Əliyev; 9. Rahil Ramazanov; 10. Rəhman İmami; 11. Cəmil Quliyev (FIFA); 12. Eyyub İbrahimov; 13. Şirmamed Mamedov; 14. Zöhrab Abbasov; 15. Teymur Teymurov; 16. Asiman Əzizli (FIFA); 17. Kərim Zeynalov; 18. Tərlan Talıbzadə; 19. Gülnurə Əkbərzadə (FIFA).
Mənbə
oxu.az