İdman

Mahir Emreli Polşa çempionatında ilk qolunu vurdu

02 Aug 2026, 21:49 4 baxış
Mahir Emreli Polşa çempionatında ilk qolunu vurdu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Rakuv"un heyətində Polşa çempionatında ilk qolunu vurub.


Axar.az xəbər verir ki, 29 yaşlı hücumçu II turda "Şlyonsk" komandasına qarşı səfər oyununda fərqlənib.


Start heyətində meydana çıxan forvard 60-cı dəqiqədə hesabı açıb.


Qeyd edək ki, bu, Mahir Emrelinin "Rakuv"un heyətində ikinci qolu olub. O, daha əvvəl UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Malta təmsilçisi "Valletta" ilə debüt matçında da rəqib qapısına yol tapmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər