İdman
"Qarabağ"ın futbolçusu 8 həftə oyunlardan kənar qalacaq
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin MOİK (Sofiya) ilə Bolqarıstandakı cavab oyununda zədələnən "Qarabağ"ın futbolçusu Zakaria Savonun durumu müəyyənləşib.
Klubdan Axar.az-a verilən məlumata görə, isveçli hücumçunun müayinəsindən sonra sağ bud əzələsinin qismən yırtılması aşkarlanıb.
Onun 8 həftə sonra meydançaya qayıtması gözlənilir.
Mənbə
axar.az