İdman
Klublarımızın yay transferləri: Kim gəldi, kim getdi? - 03.08.2026
"Qəbələ" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, "qırmızı-qaralar" Bolqarıstanın "Beroe" klubundan qapıçı Artur Mottanı bir illik icarə əsasında heyətinə qatıb. Qeyd edək ki, 24 yaşlı braziliyalı qolkiper 2024-cü ildən "Beroe"nin formasını geyinirdi. O, daha əvvəl Braziliyanın "Fortaleza", "Quarani" və "Sao Kaetano" klublarında da çıxış edib.
Mənbə
oxu.az