İdman

Bakıda dünya çempionatının həlledici günü: Azərbaycanlı güləşçi qızıl medal uğrunda mübarizə aparacaq

02 Aug 2026, 10:00 23 baxış
Bakıda dünya çempionatının həlledici günü: Azərbaycanlı güləşçi qızıl medal uğrunda mübarizə aparacaq
Bu gün Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatına yekun vurulacaq. Oxu.Az xəbər verir ki, yarışın son günündə Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov (51 kq) qızıl medal uğrunda final görüşünə çıxacaq. O, həlledici qarşılaşmada iranlı Benyamin Mayvanla üz-üzə gələcək. Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medal qazanıblar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə dünya çempionatının bürünc medalına sahib olublar.
Mənbə oxu.az

Oxşar Xəbərlər