Digər

Zelenskidən çağırış: "Patriot"ları anbarlarda saxlamayın!

02 Aug 2026, 00:58 20 baxış
Zelenskidən çağırış: "Patriot"ları anbarlarda saxlamayın!

Dünyada “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər mövcuddur. Əsas məsələ tərəfdaşların onların lazımi sayda Ukraynaya verilməsi ilə bağlı siyasi qərar qəbul etməsidir.


Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski gecə saatlarında Rusiyanın həyata keçirdiyi hücumu şərh edərkən bildirib.


“ABŞ bizim nəyə ehtiyacımız olduğunu bilir. Avropada da bunu bilirlər. Ballistik raketlərə qarşı müdafiə raketləri anbarlarda qalmaq üçün deyil, insanları qorumaq üçündür. Belə mühüm yardımın hər gecikən günü Rusiyaya insanları öldürmək üçün əlavə imkan yaradır", – deyə Zelenski qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər