Digər

Kraldan tapşırıq: Seutanın təhlükəsizliyini təmin edin!

01 Aug 2026, 23:24 23 baxış
Kraldan tapşırıq: Seutanın təhlükəsizliyini təmin edin!

Seuta, Melilya şəhərlərinin təhlükəsizliyinin təmin edilməsi vacibdir.


Axar.az xəbər verir ki, bu sözləri İspaniya Kralı VI Felipe miqrantların kütləvi axını ilə bağlı narahatlığını bildirərkən deyib.


“Bu ərazilərin sakinlərinə İspaniyanın qalan hissəsinin dəstəyini nümayiş etdirəcək tədbirlər görmək lazımdır”, - o bildirib.


Qeyd edək ki, 69 min 500 miqrant Mərakeşdən Seuta şəhərinə soxulub. Miqrantlarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalar nəticəsində xeyli sayda insan ölüb.

Mənbə axar.az

Oxşar Xəbərlər