Digər

Generaldan Pentaqona xəbərdarlıq: İsraili qoruya bilməyəcəyik

01 Aug 2026, 19:46 21 baxış
Generaldan Pentaqona xəbərdarlıq: İsraili qoruya bilməyəcəyik

ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının (EUCOM) rəhbəri general Aleksus Qrinkeviç Pentaqonu İsraili İranın ballistik raket hücumlarından qorumaq üçün kifayət qədər hərbi qüvvənin olmadığı barədə məlumatlandırıb.


Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” mənbələrə istinadən məlumat yayıb.


Bildirilib ki, Qrinkeviç Pentaqon rəhbərliyinə göndərdiyi yazılı bildirişdə qeyd edib ki, Hərbi Dəniz Qüvvələrinə (HDQ) aid əlavə esmines olmasa o, İsrailin yox, ABŞ ərazisinin müdafiəsinə üstünlük verməli olacaq.


Mənbələr iddia edir ki, Aralıq dənizinin şərq hissəsində yerləşən ABŞ esminesləri uzun illərdir İsrailin müdafiəsini dəstəkləmək üçün istifadə olunur. Bu gəmilər təkcə İran deyil, eyni zamanda husilər tərəfindən atılan raketləri ələ keçirməyə kömək edir.

Mənbə axar.az

Oxşar Xəbərlər