Digər
Bu da Türkiyənin yeni PUA-sı - Video
Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal edilən "K2 Kamikaze" PUA-sı daha bir vacib sınaq uçuşunu uğurla başa vurub.
Axar.az xəbər verir ki, bu barədə “Baykar”ın texniki direktoru Səlcuq Bayraqdar sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşılan görüntülərdə səmada bir-biri ilə inteqrasiya olunmuş və süni intellekt dəstəkli avtonom uçuş həyata keçirən 10 ədəd "K2 Kamikaze" PUA-sı göstərilir. PUA-lar çətin sınaq fəaliyyətini uğurla başa vuraraq qəzasız yerə eniş edə bilib.
Qeyd edək ki, sözügedən PUA 2000 kilometr mənzilə və 200 kiloqram döyüş başlığı daşıma qabiliyyətinə malikdir.
Mənbə
axar.az