Digər
Küveytdə İran PUA-ları hökumət obyektinə hücum etdi
Küveytin şimalında İrana məxsus pilotsuz uçuş aparatlarının hücumları nəticəsində hökumət obyekti və Bubiyan adasında bir şirkətə məxsus mülki obyekt vurulub.
Axar.az xəbər verir ki, bu barədə "Əl Cəzirə" telekanalı məlumat yayıb.
Qeyd olunub ki, düşən PUA qalıqları maddi ziyan vurub, lakin tələfat olmayıb.
Hansı hökumət obyektinin hücuma məruz qaldığı açıqlanmır.
Küveyt Silahlı Qüvvələri həmçinin ölkənin hava məkanına girən İran pilotsuz uçuş aparatlarının zərərsizləşdirildiyini bildirib.
Mənbə
axar.az