Digər

ABŞ-dan Yaxın Şərqdəki vətəndaşlarına ciddi xəbərdarlıq

01 Aug 2026, 15:33 19 baxış
ABŞ-dan Yaxın Şərqdəki vətəndaşlarına ciddi xəbərdarlıq

ABŞ-ın İordaniyadakı səfirliyi Yaxın Şərqdə yaşayan və ya səfərdə olan ABŞ vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edərək onları yüksək ayıqlıq nümayiş etdirməyə çağırıb.


Axar.az xəbər verir ki, bu barədə səfirlik X səhifəsində məlumat yayıb.


“ABŞ vətəndaşları ayıq-sayıq olmalıdır. ABŞ maraqlarının və ya şirkətlərinin indiyədək hər hansı ölkədə hədəfə alınmaması gələcəkdə də təhlükəsiz olacaqları anlamına gəlmir", - səfirliyin xəbərdarlığında vurğulanıb.


Açıqlamada qeyd olunub ki, İran son vaxtlar regionda əvvəlcədən xəbərdarlıq etmədən və təxribat olmadan hücumlar həyata keçirib, həmçinin hücumlarının coğrafiyasını əvvəllər hədəf alınmayan ərazilərə, o cümlədən Misirə qədər genişləndirib.

Mənbə axar.az

Oxşar Xəbərlər