Digər

Ukrayna dəniz dronları "Rosatom"un konteyner gəmisini batırdı

01 Aug 2026, 14:51 19 baxış
Ukrayna dəniz dronları "Rosatom"un konteyner gəmisini batırdı

Qara dənizdə "Rosatom" Dövlət Korporasiyasına məxsus konteyner gəmisi Ukraynanın dəniz pilotsuz aparatlarının hücumuna məruz qalıb.


Axar.az xəbər verir ki, bu barədə "Rosatom"un Baş direktoru Aleksey Lixaçov bildirib.


"Bu, beynəlxalq sularda hərəkət edən və dondurulmuş ərzaq məhsullarından tutmuş tikinti və üzlük materiallarınadək mülki yüklər daşıyan adi mülki konteyner gəmisi idi", - deyə o deyib.


Hücum nəticəsində konteyner gəmisi batıb. Gəmidə olan 17 ekipaj üzvünün hamısı xilas edilib, onların vəziyyəti qənaətbəxşdir.

Mənbə axar.az

Oxşar Xəbərlər