Digər

Onlar bir-birinə nifrət edir, ancaq razılaşma lazımdır

31 Jul 2026, 22:38 19 baxış
Onlar bir-birinə nifrət edir, ancaq razılaşma lazımdır

Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin güzəştə getmək istəmirlər, lakin razılıq əldə etmək üçün buna məcbur olacaqlar.


Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidenti Donald Tramp çıxış edib.


"Dedim ki, bu müharibəyə son qoymaq lazımdır. Düşünürəm ki, Zelenski də razılaşma əldə etmək istəyir, Putin də. Məncə, hər ikisi razılaşma istəyir. Amma yəqin ki, gördüyünüz kimi, onların arasında çox böyük qarşılıqlı nifrət var", – deyə Tramp bildirib.


ABŞ prezidenti vurğulayıb ki, Putin güzəştə çox həvəssiz yanaşır:


“Zelenski də güzəştə getmək istəmir. Onların hər ikisi müəyyən güzəştlərə getməli olacaq. Çünki razılaşma əldə edilməlidir. İyul ayında 25 min gənc, həyatının baharında olan əsgər həlak olub. Ondan əvvəlki ay isə bu rəqəm 32 min idi".

Mənbə axar.az

Oxşar Xəbərlər