Digər

Ukraynada hərbi poliqonda partlayış: yaralılar var

31 Jul 2026, 21:32 20 baxış
Ukraynada hərbi poliqonda partlayış: yaralılar var

Ukraynanın Xmelnitsk vilayətində yerləşən hərbi poliqonda partlayış baş verib.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.


Qeyd olunub ki, sursatların partlaması nəticəsində 4 hərbçi xəsarət alıb. hadisə yerində olan bir neçə hərbçi ilə isə hazırda əlaqə yoxdur. Faktla bağlı cinayət işi başlanılıb.


Bildirilib ki, hüquq-mühafizə orqanları artıq müvafiq hərbi hissənin komandanlığı və hərbçilərinin dindirilməsinə başlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər