Cəmiyyət

Bu rayonlarda ağaclar kəsildi: 227 mindən çox ziyan dəydi

31 Jul 2026, 19:18 20 baxış
Bu rayonlarda ağaclar kəsildi: 227 mindən çox ziyan dəydi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Sabirabad, Xaçmaz, Şamaxı, İsmayıllı və Şabran rayonları ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.


Bu barədə Axar.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.


Qeyd olunub ki, araşdırma zamanı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sabirabad rayonunun Muğanlı, Xaçmaz rayonunun Qaradağlı, Şamaxı rayonunun Günəşli, İsmayıllı rayonunun Kürdmaşı kəndlərində, həmçinin Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun 47-ci kilometrliyində və Şabran rayonu ərazisindən keçən magistral avtomobil yolunun kənarında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 227 min 850 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.


Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Mənbə axar.az

Oxşar Xəbərlər