Digər
Rusiya səfiri Polşa XİN-ə çağırıldı: İzahat tələbi...
Rusiyanın Polşadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Axar.az xəbər verir ki, bu barədə Polşa Baş naziri Donald Tusk məlumat verib.
Tusk qeyd edib ki, Rusiya səfiri XİN-ə bu ölkənin Ukraynanın qərb bölgələrinə endirdiyi kütləvi raket zərbəsi zamanı Polşanın hava məkanının pozulması səbəbindən çağırılıb.
Polşa məsələ ilə bağlı Rusiyadan izahat tələb edib.
Mənbə
axar.az