Cəmiyyət

"Space" TV-də yüksək vəzifəyə TƏYİNAT - FOTO

31 Jul 2026, 17:52 18 baxış
"Space" TV-də yüksək vəzifəyə TƏYİNAT - FOTO
​"Space" Müstəqil Teleradio Şirkətində növbəti kadr təyinatı gerçəkləşib. Oxu.Az xəbər verir ki, tanınmış ssenarist və prodüser Fariz Əliyev "Space" Müstəqil Teleradio Şirkətinin baş direktoru Ayaz Mustafayevin müşaviri vəzifəsinə gətirilib. ​Bu təyinata qədər ölkənin müxtəlif televiziya kanallarında məsul və rəhbər vəzifələrdə çalışan Fariz Əliyev, eyni zamanda, media sahəsində bir çox uğurlu layihənin müəllifi və rəhbəri kimi tanınır. ​Qeyd edək ki, son dövrlər "Space" TV-də idarəetmənin effektivliyinin artırılması, efir siyasətinin yenilənməsi və kanalın inkişafına yönəlmiş ardıcıl islahatlar həyata keçirilir.
{{gallery}}
"Space" TV-də yüksək vəzifəyə TƏYİNAT - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər