Digər

Mərakeş hakimiyyəti ilə əməkdaşlıq edəcəyik - Sançez

31 Jul 2026, 17:32 17 baxış
Mərakeş hakimiyyəti ilə əməkdaşlıq edəcəyik - Sançez

Biz Mərakeş hakimiyyəti ilə əməkdaşlığı davam etdirəcəyik və onların bu prosesdə göstərdiyi əməkdaşlıq iradəsini yüksək qiymətləndiririk.


Axar.az xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançez Mərakeşdən Seuta şəhərinə 50 minə yaxın miqrantın soxulması barədə danışarkən deyib.


“Məqsəd qeyri-qanuni yollarla, xüsusilə də dünən ölkəyə gələn miqrantların mümkün qədər qısa müddətdə öz ölkələrinə geri qaytarılmasını təmin etməkdir.


Hazırda ən təcili vəzifə normal vəziyyəti bərpa etmək, təhlükəsizliyi təmin etmək və hər şeydən əvvəl birgəyaşayışı təhlükəyə atmamaqdır.


Nəticə etibarilə, vacib olan insanların öz ölkələrində qala bilməsi və həmin gənclərin ehtiyac duyduğu şərait və imkanların orada yaradılmasıdır”, - o bildirib.


Qeyd edək ki, Seutaya soxulan 50 minə yaxın miqrant avtomobilləri yandırır, mağazaları qarət edir, şəhər küçələrində xaos yaradırlar. Miqrantlarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalar nəticəsində 19 nəfər həlak olub.

Mənbə axar.az

Oxşar Xəbərlər