Cəmiyyət
Bakıda yanğın başlayıb - VİDEO
Bakının Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yanğın başlayıb. Oxu.Az xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə paylaşılıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) saytımıza bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Mənbə
oxu.az