Cəmiyyət

Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü

31 Jul 2026, 13:05 8 baxış
Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü

İranın Mazandaran vilayətinin Ramsər şəhərində Xəzər dənizində 5 nəfər boğularaq ölüb.


Axar.az APA-ya istinadla xəbər verir ki, ötən gün üzgüçülüyün qadağan olunması ilə bağlı xəbərdarlığa baxmayaraq, 7 turist Ramsərin Toskə sahilində təhlükəli və üzgüçülük üçün qadağan olunmuş ərazidə dənizdəki güclü axına düşüb.


Nəticədə 5 nəfər isə boğularaq ölüb, iki nəfər isə xilas edilib.


Boğulanlardan birinin itkin düşməsi səbəbindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.


Qeyd edək ki, ötən gün hava şəraiti və dənizdə dalğaların hündürlüyü ilə əlaqədar Xəzər dənizinin bütün sahilboyu ərazilərində, o cümlədən sözügedən çimərlikdə üzgüçülüyə qadağa qoyulmuşdu.

Mənbə axar.az

Oxşar Xəbərlər