Digər
İran İraqa zərbələr endirdi
Bu gün səhər saatlarında İraqın şimalındakı Süleymaniyyə bölgəsində dron hücumlarından sonra silah və sursat anbarlarında partlayışlar baş verib.
Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
İlkin ehtimallara əsasən, hücumlar İran tərəfindən həyata keçirilib və kürd separatçı qrupların qərargahları bombalanıb.
Mümkün itkilər barədə əlavə məlumat yoxdur.
Mənbə
axar.az