Digər

Ukrayna “Wildberries” obyektlərini yenidən vurdu - Video

31 Jul 2026, 11:37 20 baxış
Ukrayna “Wildberries” obyektlərini yenidən vurdu - Video

Ötən gecə Ukrayna ordusu Volqoqrad və Zelenodolskda (Tatarıstan) yerləşən “Wildberries”in logistika obyektlərinə zərbələr endirib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.


Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov artıq PUA hücumunu təsdiqləyib:


“Hücum nəticəsində çoxmənzilli yaşayış binasına ziyan dəyib, həmçinin yanacaq-energetika kompleksinə aid sənaye müəssisəsində yanğın qeydə alınıb. Azı beş nəfər xəsarət alıb”.


Bildirilib ki, Rusiyanın ən iri neft emalı zavodlarından biri olan “Lukoyl-Volqoqradneftepererabotka” müəssisəsində də yanğın baş verib. Rəsmi mənbələr tərəfindən bu məlumat hələlik təsdiqlənməyib.

Mənbə axar.az

Oxşar Xəbərlər