Tramp elan etdi: HƏMAS tam tərksilaha razılıq verdi
Qəzzada HƏMAS və Sülh Şurası arasında tam tərksilah barədə razılıq əldə olunub.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində yazıb.
O bildirib ki, Qəzzada yaranmış təhlükə bir daha dirçələ bilməyəcək:
“Razılaşmaya əsasən, Qəzzadakı bütün digər silahlı qruplaşmalar da tərksilah edilməlidir. Silahsızlaşdırma prosesi irəlilədikcə, İsrail qüvvələri nəzarətə götürdüyü ərazilərdən mərhələli şəkildə geri çəkiləcək. Saziş Qəzzanın Sülh Şurası ilə əməkdaşlıq çərçivəsində yeni Fələstin hökuməti tərəfindən idarə olunmasına imkan verəcək. Anklav artıq terror hücumları üçün baza olmayacağına görə İsrail layiq olduğu təhlükəsizliyi əldə edəcək”.
Qeyd edək ki, “Əl-Hədəs” nəşri HƏMAS hərəkatı və Fələstinin digər qruplaşmalarının Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi ilə bağlı razılaşmanın bütün bəndlərini qəbul etdiklərini yazmışdı.