Digər

ABŞ Senatı İranla bağlı bu qətnaməni qəbul etmədi

30 Jul 2026, 23:25 1 baxış
ABŞ Senatı İranla bağlı bu qətnaməni qəbul etmədi

ABŞ Senatı İranla bağlı hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan daha bir Müharibə Səlahiyyəti Qətnaməsini qəbul etməyib.


Axar.az xəbər verir ki, səsvermə zamanı 49 senator qətnamənin lehinə, 50 senator isə əleyhinə səs verib. Beləliklə, sənəd Senatda kifayət qədər dəstək qazana bilməyib.


İranla bağlı hərbi əməliyyatlar başlayandan bəri Demokratlar Partiyasının üzvləri Müharibə Səlahiyyəti Qətnaməsinin qüvvəyə minməsi üçün 10 dəfədən çox qanunvericilik təşəbbüsü irəli sürüblər. Lakin bu təşəbbüslərin heç biri Konqresin hər iki palatasının təsdiqini ala bilməyib.

Mənbə axar.az

Oxşar Xəbərlər