Digər

Cem Küçük saxlanıldı - Təcili

30 Jul 2026, 23:50 1 baxış
Cem Küçük saxlanıldı - Təcili

Türkiyənin məşhur jurnalistlərindən olan Cem Küçük saxlanılıb.


Axar.az xəbər verir ki, o, İstanbul Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində saxlanılıb.


İstanbul Baş Prokurorluğu Cem Küçüyə qarşı "yanlış məlumat yaymaq" və "şantaj" ittihamları ilə başladılan istintaq çərçivəsində saxlanma qərarı verib.


İstanbul Vilayət Jandarma Komandanlığının Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi Cem Küçüyü nəzarətə götürüb.


Cem Küçüyə qarşı bəzi iş adamlarından maddi qazanc məqsədilə sosial media hesablarında paylaşımlar etdiyi ilə bağlı şikayətlərin olduğu və İstanbul Böyükşəhər Bələdiyyəsinin istintaq prosesi zamanı mediada verdiyi bəzi açıqlamalarla bağlı araşdırma aparıldığı məlum olub.

Mənbə axar.az

Oxşar Xəbərlər