Digər
ABŞ İrana görə bu ölkə şirkətlərini qara siyahıya saldı
ABŞ Çin, Hindistan, Rusiya və İranda İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) dəstək verdiyi ehtimal edilən altı qurum və fiziki şəxsə sanksiya tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, sanksiyalar İranın silah, hərbi personal və avadanlığın daşınması üçün istifadə etdiyi iddia olunan “Mahan Air” aviaşirkətinə dəstək göstərən qurumları da əhatə edir.
Qeyd olunub ki, ABŞ beynəlxalq ictimaiyyəti, xüsusilə də “Mahan Air” və ya sanksiyalara məruz qalan digər İran aviadaşıyıcıları ilə əməkdaşlıq edən şirkət və şəxsləri bu cür əlaqələrin davam etdirilməsinin yaratdığı ciddi riskləri nəzərə almağa çağırır.
Mənbə
axar.az