Cəmiyyət

Sükan arxasında ürəyi tutdu, qəza törətdi: ölən var

28 Jul 2026, 09:30 20 baxış
Sükan arxasında ürəyi tutdu, qəza törətdi: ölən var

Biləsuvarda yol qəzası baş verib.


Axar.az xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.


Hərəkətdə olan "Niva" markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi kollektora düşüb.


İlkin məlumata görə, “Niva”nın sürücüsü 1960-cı il təvəllüdlü Əlizadə Əliyev sükan arxasında ürək tutmasından vəfat edib, avtomobil bu səbəbdən idarəetmədən çıxıb.


Faktla bağlı araşdırma başlanılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər