Dünya

KİV: ABŞ və İranın danışıqlara qayıtmasında irəliləyiş əldə olunub

27 Jul 2026, 19:54 1 baxış
KİV: ABŞ və İranın danışıqlara qayıtmasında irəliləyiş əldə olunub
Vasitəçilər ABŞ və İranı yenidən danışıqlar masasına qaytarmaq və Yaxın Şərqdə tammiqyaslı müharibənin qarşısını almaq cəhdlərində əhəmiyyətli irəliləyişə nail olublar. Oxu.Az bildirir ki, bu barədə "Associated Press" (AP) agentliyi regiondakı rəsmilərə istinadən xəbər verir. Agentliyin məlumatına əsasən, Vaşinqton və Tehran arasındakı fikir ayrılıqlarını aradan qaldırmağa və danışıqlar prosesinin bərpa edilməsi səylərində əsas rolu Qətər və Pakistan oynayır. AP-nin mənbələrindən biri əldə olunmuş irəliləyişi "əhəmiyyətli" kimi qiymətləndirib. Onun sözlərinə görə, vasitəçilər, həmçinin Hörmüz boğazı vasitəsilə təhlükəsiz gəmiçiliyi təmin etməyə imkan verəcək mexanizmin yaradılması məsələsində Oman və İranla da qarşılıqlı əlaqə saxlayırlar. Xatırladaq ki, ABŞ ilə İran arasında növbəti gərginlik iyulun 8-də başlayıb. Vaşinqton və Tehran arasında memorandum imzalandıqdan sonra ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq İran ərazisində bir neçə hədəfə zərbələr endirdiyini bəyan edib. Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin başa çatdığını elan edib. Bundan sonra Tehran cavab tədbirləri çərçivəsində Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omanda yerləşən ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər