Cəmiyyət

Şəmsi Səmədzadə həbsdən azad olundu

27 Jul 2026, 19:10 1 baxış
Şəmsi Səmədzadə həbsdən azad olundu

Gürcüstanda saxlanıldıqdan sonra həbsdən azad edilən Şəmsi Səmədzadə artıq 10 gündür Azərbaycandadır.


Axar.az Ajans.az-a istinadla xəbər verir ki, Ş.Səmədzadə mal-qara oğurluğuna görə həbs edilməsi ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini deyib.


O bildirib ki, baş verən hadisə yol-nəqliyyat qəzası və sonradan yaranan anlaşılmazlıqla bağlı olub.


Bununla yanaşı, o, Azərbaycanda biznes fəaliyyətini yenidən davam etdirəcəyini qeyd edib.


Ş.Səmədzadə Türkiyə ilə də sıx işgüzar əlaqələrinin olduğunu da vurğulayıb.


Qeyd edək ki, Şəmsi Səmədzadə bir müddət əvvəl Gürcüstanda saxlanılmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər