Cəmiyyət
Naxçıvan əhalisi ilə bağlı maraqlı statistika
Naxçıvan Muxtar Respublikasında (MR) 2026-cı ilin ilk altı ayı ərzində ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı 60 müraciət üzrə dövlət qeydiyyatı aparılıb.
Axar.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ədliyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaşların ad, soyad, ata adının dəyişdirilməsi ilə bağlı daxil olan 60 müraciət müvafiq qaydada araşdırılıb və dövlət qeydiyyatı həyata keçirilib.
Qeyd edək ki, ölkədə ad, soyad və ata adının dəyişdirilməsi Ailə Məcəlləsinə və Nazirlər Kabinetinin təsdiq etdiyi "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na uyğun olaraq həyata keçirilir.
Mənbə
axar.az