Dünya

Almatı aeroportunda Ermənistan və Niderlanddan gətirilən mallarda zərərvericilər aşkarlanıb - FOTO

27 Jul 2026, 17:48 3 baxış
Almatı aeroportunda Ermənistan və Niderlanddan gətirilən mallarda zərərvericilər aşkarlanıb - FOTO
Almatı hava limanında fitosanitar nəzarət inspektorları Niderland və Ermənistandan gətirilən təhlükəli məhsullar aşkar ediblər. Ölkəyə gətirilən bu malların tərkibində ciddi karantin riski daşıyan qərb çiçək tripsləri adlı zərərverici tapılıb. Oxu.Az xəbərə verir ki, məsələ ilə bağlı Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi rəsmi açıqlama yayıb. "Təhlükəli zərərvericilər Niderland Krallığından idxal edilən kahı göyərtisində, eləcə də Ermənistandan göndərilən 600 ədəd kəsilmiş gül partiyasında müəyyən olunub. Yük sahibləri barəsində Qazaxıstan Respublikası İnzibati Xətalar Məcəlləsinin bitki karantini qanunvericiliyinin pozulmasını nəzərdə tutan 400-cü maddəsinin 2-ci bəndi əsasında inzibati icraat başlanılıb. Müvafiq prosessual qərarın çıxarılması məqsədilə toplanmış materiallar məhkəmə instansiyasına təqdim edilib", - deyə açıqlamada bildirilir.

Almatı aeroportunda Ermənistan və Niderlanddan gətirilən mallarda zərərvericilər aşkarlanıb - FOTO Almatı aeroportunda Ermənistan və Niderlanddan gətirilən mallarda zərərvericilər aşkarlanıb - FOTO Almatı aeroportunda Ermənistan və Niderlanddan gətirilən mallarda zərərvericilər aşkarlanıb - FOTO Almatı aeroportunda Ermənistan və Niderlanddan gətirilən mallarda zərərvericilər aşkarlanıb - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər