Dünya

Şimali Koreya nüvəsizləşdirmə tələbini əhəmiyyətsiz hesab edir

27 Jul 2026, 14:28 2 baxış
Şimali Koreya nüvəsizləşdirmə tələbini əhəmiyyətsiz hesab edir
Pxenyan Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) iyul ayında keçirilən forumunda qəbul edilən və Şimali Koreyanın nüvəsizləşdirilməsi məsələsinə toxunulan bəyanata kəskin etirazını bildirib. Oxu.Az-ın kp.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Şimali Koreya liderinin bacısı, Əmək Partiyası Mərkəzi Komitəsinin Ümumi şöbəsinin müdiri Kim Yo Çen xüsusi bəyanatla çıxış edib. Qeyd edək ki, ASEAN forumuna sədrlik edən Filippinin xarici işlər naziri Tereza Lazaro çıxışı zamanı Koreya yarımadasının tam nüvəsizləşdirilməsi istiqamətində beynəlxalq səylərdən bəhs edib. "KXDR Konstitusiyasını qulaqardına vuran forumun açıq-aşkar düşmənçilik mövqeyindən ciddi şəkildə narazı olduğumu bildirirəm", - deyə Kim Yo Çen məsələni şərh edərkən vurğulayıb. Onun sözlərinə görə, mövcud regional reallıqlar nəzərə alındıqda, nüvəsizləşdirmə mövzusu artıq nə konseptual, nə də praktiki baxımdan heç bir əhəmiyyət kəsb etmir.
Mənbə oxu.az

Oxşar Xəbərlər