Dünya

Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiyalar paketi sonuncu ola bilər

27 Jul 2026, 14:44 3 baxış
Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiyalar paketi sonuncu ola bilər
Avropa İttifaqı (Aİ) sanksiyaların razılaşdırılmasındakı çətinliklərə görə Rusiyaya qarşı irimiqyaslı məhdudiyyətlərin tətbiqindən imtina edə bilər. 21-ci sanksiyalar paketi belə məhdudiyyətlərin sonuncu toplusu ola bilər. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşri Avropa rəsmilərinə istinadən məlumat yayıb. Qeyd edilib ki, Brüssel avropalı diplomatların bir müddət Yunanıstanın Rusiya mayeləşdirilmiş təbii qazına (LNG) qarşı sanksiyalara qarşı çıxması səbəbindən 21-ci tədbirlər paketini qəti şəkildə razılaşdıra bilməməsindən sonra bu ölkəyə yönəlik sanksiyalara yeni yanaşmanı nəzərdən keçirir. "Bu, sonuncu sanksiya paketi ola bilər. İndi aydın oldu ki, bu yanaşma artıq işləmir", - deyə qəzetin mənbələrindən biri sözügedən sanksiya paketi üzrə razılaşmadan danışarkən bildirib. Qeyd edək ki, Aİ Şurası iyulun 23-də Rusiyaya qarşı 21-ci sanksiya paketini yekun olaraq təsdiqləyib. Sənəd Rusiyanın enerji, maliyyə və müdafiə sektorlarına qarşı yeni məhdudiyyətləri nəzərdə tutur, həmçinin fiziki və hüquqi şəxslərin sanksiya siyahılarını genişləndirir. Bununla belə, Avropa İttifaqı 21-ci sanksiyalar paketi çərçivəsində Avropa şirkətlərinə Rusiya mayeləşdirilmiş təbii qazını üçüncü ölkələrə daşımağa imkan verən müvəqqəti istisnanı saxlayıb. Eyni zamanda Aİ Şurası bu tədbirin qüvvəsini hər il yenidən nəzərdən keçirəcək və onu uzada, azalda və ya ləğv edə biləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər