Dünya

ABŞ-də festival zamanı atışma: Ölənlər və yaralananlar var - VİDEO

27 Jul 2026, 08:42 4 baxış
ABŞ-də festival zamanı atışma: Ölənlər və yaralananlar var - VİDEO
ABŞ-nin Sietl şəhərində yerləşən "Seattle Center" mədəniyyət və əyləncə kompleksində silahlı insident baş verib. Hadisə nəticəsində ən azı iki nəfər həyatını itirib. Oxu.Az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.

"Seattle Center" ərazisində baş verən atışma nəticəsində azı iki nəfər ölüb və beş nəfər yaralanıb", - deyə məlumatda qeyd olunub. Xəsarət alanların hamısına bədənin müxtəlif nahiyələrindən güllə yaraları dəyib. Onlardan dördü xəstəxanalara yerləşdirilib. Yüngül zədələr alan 40 yaşlı bir qadın isə tibb müəssisəsinə getməkdən imtina edib. Məlumata əsasən, silahlı insident baş verən zaman sözügedən kompleksdə genişmiqyaslı qastronomiya festivalı keçirilirmiş.
Mənbə oxu.az

Oxşar Xəbərlər