Dünya

Avropada həyəcan təbili: İsti hava dalğaları sürətlə artır

27 Jul 2026, 08:00 3 baxış
Avropada həyəcan təbili: İsti hava dalğaları sürətlə artır
Ekstremal hava hadisələrinin, xüsusilə də isti hava dalğalarının daha tez-tez baş verməsi və intensivliyinin artması iqlim dəyişikliyinin əsas əlamətlərindən biridir. Oxu.Az xəbər verir ki, bu barədə İtaliyanın Kamerino Universitetinin fiziki coğrafiya və iqlim riskləri üzrə müəllimi Massimiliano Fazzini "RİA Novosti" agentliyinə müsahibəsində bildirib. Ekspertin sözlərinə görə, son illərdə Mərkəzi Avropada bir isti mövsüm ərzində orta hesabla beş-yeddi isti hava dalğası müşahidə olunur. Bu dalğaların davametmə müddəti isə demək olar ki, dəyişməyərək təxminən altı-yeddi gün təşkil edir. Fazzini vurğulayıb ki, iqlim çox sürətlə dəyişir. Onun sözlərinə görə, son 50 ildə Şərqi Avropada orta temperatur təxminən 0.5 dərəcə artıb. "Lakin bu dəyişikliklərin ən nəzərəçarpan nəticəsi iqlimin ekstremallaşmasıdır. İnsan iyul ayının orta temperaturunun 21 və ya 22 dərəcə olması arasındakı fərqi hiss etmir. Ancaq iqlim müşahidələri göstərir ki, təkcə orta temperatur deyil, ilk növbədə isti hava dalğalarının tezliyi və intensivliyi artır", - deyə iqlimşünas bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər