Dünya

Aktrisa Odri Hepbörnün gözəlliyinin sirri nə idi? - Oğlu açıqladı

27 Jul 2026, 05:32 2 baxış
Aktrisa Odri Hepbörnün gözəlliyinin sirri nə idi? - Oğlu açıqladı
Britaniyalı aktrisa Odri Hepbörn heç vaxt sevdiyi yeməklərdən imtina etməyib və plastik əməliyyatlara qarşı olub. Oxu.Az "People" nəşrinə istinadən xəbər verir ki, "Tiffani's" də səhər yeməyi" filminin ulduzunun gözəllik sirlərini oğlu Şon Hepbörn Ferrer açıqlayıb. Aktrisada qidalanma pozuntusu olduğu barədə yayılan söz-söhbətlərə baxmayaraq, o, özü bişirir, sevdiyi yeməkləri yeyir, sadəcə porsiyalara diqqət edirdi. Şon Hepbern Ferrer bildirib ki, anası çox zaman səhərlər qaynadılmış yumurta, tost və mürəbbə ilə qəlyanaltı edirdi. Daha sonra isə çox sürətli tempdə uzun gəzintiyə çıxırdı. Nahar üçün adətən salat və ya şorba yeyir, desert kimi isə ağcaqayın şərbəti ilə sevdiyi dondurmadan bir top götürürdü. Adi axşam yeməyi isə bir boşqab pomodoro makaronu və salatdan ibarət olurdu. Hepbörnün sevdiyi yeməklərdən biri də şokoladlı tort idi. O hətta un istifadə etmədən öz tort reseptini hazırlamışdı. Aktrisanın oğlu qeyd edib ki, anası heç vaxt plastik cərrahiyyə tərəfdarı olmayıb və üzündə heç bir dəyişiklik etdirməyib. Fotolarının retuş edilməsinə də icazə vermirdi və deyirdi ki, hər bir qırışını özü qazanıb. Aktrisa "Vogue" jurnalına verdiyi müsahibədə gözəllik baxım rejiminin 8-9 saat yuxu, 4-5 gündən bir saç yumaq, ətirli vannalar qəbul etmək və minimum makiyajdan ibarət olduğunu söyləmişdi. Hepbörn yalnız gözlərini, dodaqlarını və qaşlarını vurğulayır, tonal krem, baza və pudradan istifadə etmirdi. O deyirdi: "Mən sadəcə təbii makiyajı üstün tuturam, çünki bu mənə daha çox yaraşır". Qeyd edək ki, Odri Hepbörn 1993-cü ildə 63 yaşında vəfat edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər