Dünya

Rusiyada ayağını sındıran turist üç gün kömək gözləyib - FOTO

27 Jul 2026, 04:04 3 baxış
Rusiyada ayağını sındıran turist üç gün kömək gözləyib - FOTO
Rusiyanın Altay Respublikasının cənub-qərbində xilasedicilər ayağını sındırdığı üçün müstəqil hərəkət edə bilməyən turistin təxliyəsini həyata keçiriblər. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə idarəsi məlumat yayıb. Qurumun məlumatına görə, Ust-Koksinsk rayonundakı turist haqqında məlumat iyulun 23-də daxil olub. Xilasedicilərin axtarışını çətinləşdirən əsas səbəb zərərçəkənin dəqiq koordinatlarının olmaması imiş. Nəticədə xilasedicilər 23 yaşlı gənci helikopterdən görüblər. Məlumata görə, xilasedicilər ayağında sınıq və digər xəsarətləri olan turistə ilkin tibbi yardım göstəriblər. Daha sonra gənc xəstəxanaya aparılıb.
{{gallery}}
Rusiyada ayağını sındıran turist üç gün kömək gözləyib - FOTO Rusiyada ayağını sındıran turist üç gün kömək gözləyib - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər