Dünya
Tramp 2028-ci il prezident seçkisində iştirakına işarə edən FOTOLAR yayımlayıb
ABŞ Prezidenti Donald Tramp növbəti prezident seçkisində iştirak edə biləcəyinə eyham vurub. Oxu.Az xəbər verir ki, amerikalı lider "Truth Social" platformasında üzərində "2028" yazısı olan bir neçə fotosunu paylaşıb. Fotolardan birində Tramp ABŞ bayrağı fonunda, üzərində "Tramp 2028" yazılan kepka və "Make America Great Again" şüarı ilə təsvir olunub. Digər şəkil qorxu filmi afişası üslubunda hazırlanıb və üzərində "Düşmənlərə kabus yaşatmaq" yazısı yer alıb. Üçüncü fotoda Tramp eyni yazılı kepkanı havaya atarkən göstərilir, arxa planda isə televizorda Co Baydenin çıxışı yayımlanır. Başqa bir görüntüdə isə o, raket fonunda "Kosmik komandir" və "Ulduzlar arasında yeni dövr başlayır" yazıları ilə təqdim olunub. Bundan əvvəl Vaşinqtonda keçirilən Ağ Ev müxbirləri assosiasiyasının ziyafətində Tramp zarafatla 2028-ci il prezident seçkisində yenidən namizədıiyini irəli sürmək niyyətində olduğunu demişdi. Tramp daha əvvəl də üçüncü müddət prezident olmaq ehtimalını istisna etməmişdi. Lakin ABŞ Konstitusiyasının 22-ci düzəlişi prezident vəzifəsində iki dördillik müddətdən artıq qalmağı qadağan edir. Trampın hazırkı müddəti isə onun ikinci prezidentlik müddətidir. Eyni zamanda, "MS Now" nəşri ABŞ administrasiyasındakı yüksəkvəzifəli mənbəyə istinadən yazıb ki, Tramp 2028-ci il seçkisində öz varisi kimi vitse-prezident Ceyms Devid Vensi açıq şəkildə dəstəkləməyə başlayıb. Daha əvvəl Tramp 2028-ci ildə vitse-prezident postuna namizəd olmaq ehtimalı barədə də açıqlama verib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az