Dünya
Venesuelada hava limanına ildırım düşdü: 10-a yaxın xəsarət alan var
Venesuelanın Valensiya şəhərində yerləşən Arturo Miçelena adına beynəlxalq hava limanında ildırım vurması nəticəsində doqquz nəfər yaralanıb. Oxu.Az xəbər verir ki, bu barədə Venesuelanın Karabobo ştatının hava Limanları təşkilatı məlumat yayıb. Rəsmi açıqlamaya görə, tropik leysan zamanı ildırım hava limanının yaşıllıq zonasına düşüb. Nəticədə Milli Qvardiyanın dörd əməkdaşı və hava limanında xidmət göstərən şirkətlərin beş işçisi xəsarət alıb. Yaralılara tibbi yardım göstərilib, onların vəziyyəti stabil qiymətləndirilir. Hava limanında dayanmış təyyarələrə ziyan dəyməyib. Qeyd olunur ki, Valensiya beynəlxalq hava limanı hazırda xarici reyslər üçün mühüm rol oynayır. Buna səbəb iyunun 24-də baş verən zəlzələ nəticəsində zərər görən Mayketiya beynəlxalq hava limanının kommersiya uçuşları üçün bağlı olmasıdır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər