Digər
ABŞ sursat qıtlığı yaşamır - Uolts
ABŞ Silahlı Qüvvələri İrana qarşı hərbi əməliyyatlarla əlaqədar olaraq sursat qıtlığı yaşamır.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts NBC-yə müsahibəsində bildirib.
"ABŞ hərbçilərinin bu kampaniyanı mümkün qədər effektiv aparmaq üçün hər şeyi var və mən bunu bütün mümkün yollarla yoxlamışam. Belə cəfəngiyat yayan insanlar həbsxanada olmalıdır", - o bildirib.
Qeyd edək ki, CBS İranla müharibə fonunda yüksək dəqiqlikli sursatların və hava hücumundan müdafiə raketlərinin sürətlə tükənməsi səbəbindən Donald Tramp administrasiyası daxilində ciddi narazılıq yarandığını iddia etmişdi.
Mənbə
axar.az