Digər

Prezident təhqir edildi: Səfir geri çağırılır

26 Jul 2026, 22:54 2 baxış
Prezident təhqir edildi: Səfir geri çağırılır

Braziliya Xarici İşlər Nazirliyi Argentina Prezidenti Xavyer Mileyin Prezident Luiz İnasio Lula da Silvaya ünvanladığı təhqiramiz ifadələrdən sonra bu ölkədəki səfiri Julio Bitellini məsləhətləşmələr üçün geri çağırıb.


Axar.az xəbər verir ki, bu barədə "CNN Brasil" məlumat yayıb.


Məlumata görə, səfir yaxın vaxtlarda Braziliyanın paytaxtına gələcək. Onun xarici işlər naziri Mauro Vieyra ilə görüşü artıq planlaşdırılıb.


Bitellinin Buenos-Ayresə nə vaxt qayıdacağı isə hələlik açıqlanmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər