Dünya
Rusiyada bir neçə gün ərzində yeddi alpinist həlak olub
Rusiyada, Elbrus dağında bədbəxt hadisə nəticəsində beş gün ərzində yeddi alpinist həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb. Bu gün 5 300 metr yüksəklikdə olan iki alpinistdən ibarət qrup kömək istəyib. Onlardan biri həlak olub, o biri xəsarət alıb. Faciədən bir neçə saat əvvəl isə pis hava şəraiti səbəbindən kömək istəyən başqa bir turist qrupunu dağdan endirmək üçün əraziyə üç xilasedici göndərilib, onlardan bir nəfərinin həyatını xilas etmək mümkün olmayıb. Ötən gün Bosniya və Herseqovinadan olan beş alpinist dağa qalxarkən həlak olub, qrupdan yalnız iki nəfər sağ qalıb.
Mənbə
oxu.az