Digər

PUA-ların qarşısını almaq üçün tədbir görürük - Vlad

25 Jul 2026, 23:39 1 baxış
PUA-ların qarşısını almaq üçün tədbir görürük - Vlad

Rumıniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Georgitsa Vlad ölkənin hava məkanının pozulmasına qarşı qətiyyətli mövqe nümayiş etdirəcəyini bəyan edib.


Axar.az xəbər verir ki, generalın açıqlaması Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısının 24 saat ərzində ölkənin hava məkanını pozan ikinci pilotsuz uçuş aparatını vurmasından sonra səsləndirilib.


O bildirib ki, Rumıniya vətəndaşları bir məqamı dəqiq bilməlidirlər:


“Ölkənin hava məkanı pozulduğu anda Silahlı Qüvvələr artıq hadisə yerində olur və təhlükənin aradan qaldırılması üçün bütün zəruri tədbirləri həyata keçirir”.


Qeyd edək ki, Rumıniya Ukrayna ilə sərhəddə, Dunay çayı deltası ərazisində ölkənin hava məkanını pozan iki gün ərzində ikinci pilotsuz uçuş aparatını (PUA) vurub.

Mənbə axar.az

Oxşar Xəbərlər