Dünya

Almaniyada yüngülmühərrikli təyyarə yaşayış binasına çırpılıb: Ölən var - VİDEO

25 Jul 2026, 17:08 1 baxış
Almaniyada yüngülmühərrikli təyyarə yaşayış binasına çırpılıb: Ölən var - VİDEO
Almaniyanın Qanderkese şəhərində yüngülmühərrikli təyyarə yaşayış binasının damına çırpılıb. Oxu.Az xəbər verir ki, bu barədə NDR teleradioşirkəti məlumat yayıb.

Bildirilib ki, qəza səhər saatlarında Almaniyanın şimal hissəsində qeydə alınıb. "Qanderkesedə (Oldenburq rayonu) yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ən azı bir nəfər ölüb", - deyə açıqlamada qeyd olunub. Hazırda xilasetmə qrupları ikinci şəxsin axtarışlarını həyata keçirirlər. Ehtimal olunur ki, hadisə baş verən zaman o da hava gəmisinin göyərtəsində olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər