Dünya

Suriyada dəhşətli avtobus qəzası: Çox sayda ÖLƏN VƏ YARALILAR VAR - VİDEO

25 Jul 2026, 16:44 2 baxış
Suriyada dəhşətli avtobus qəzası: Çox sayda ÖLƏN VƏ YARALILAR VAR - VİDEO
Suriyanın şərqində iki sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ən azı 35 nəfər həyatını itirib, 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Oxu.Az xəbər verir ki, bu barədə "Al Jazeera" agentliyi məlumat yayıb.

Bildirilib ki, ağır qəza Dəməşq və Deyr-əz-Zor şəhərlərini birləşdirən magistral yolda qeydə alınıb. Qeyd olunur ki, yaralıların Homs şəhərində yerləşən hərbi hospitala təxliyə edilməsi məqsədilə Suriyanın Müdafiə Nazirliyi tərəfindən hadisə yerinə bir neçə helikopter cəlb edilib.
Suriyada dəhşətli avtobus qəzası: Çox sayda ÖLƏN VƏ YARALILAR VAR - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər