Dünya
Ukrayna Xəzər dənizində Rusiyanın gəmilərini vurdu: Zelenski detalları açıqladı - FOTO - VİDEO
"Ukrayna Xəzər dənizi akvatoriyasında yerləşən Rusiya gəmilərinə uzaq məsafədən zərbələrin endirilməsi istiqamətində yüksək nəticələr əldə edib". Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında bəyan edib.
Dövlət başçısı bildirib ki, söhbət İrandan hərbi yüklərin daşınmasında iştirak edən gəmilərdən və bir hərbi gəmidən gedir. Ukrayna lideri vurğulayıb ki, bu gecə ordu Rusiyanın müxtəlif regionlarında Ukraynaya qarşı müharibədə istifadə olunan hədəfləri də vurub. O, Rusiyanın zərbələr endirmək üçün istifadə etdiyi vasitələrin komponentlərinin tədarük olunduğu Kirov şəhərindəki müəssisəyə hücum edildiyini təsdiqləyib. Onun sözlərinə görə, həmin obyekt Ukraynanın dövlət sərhədindən təxminən 1200 km məsafədə yerləşir. Zelenski əlavə edib ki, Tümen şəhərindəki neft emalı zavoduna, Yekaterinburqdakı logistika obyektinə və Rostovdakı yanacaq-sürtgü materialları anbarına da zərbələr endirilib.
Ukrayna Təhlükəsizlik Xidmətindən dəqiqləşdirilib ki, pilotsuz uçuş aparatları Xəzər dənizi akvatoriyasında aşağıdakı hədəfləri vurub: - Filanovski yatağının neftçıxarma platforması; - Beynəlxalq sanksiyalar altında olan və İranla Rusiya Federasiyası arasında hərbi yüklərin daşınması üçün istifadə edilən "Port Olya 2" və "Begey" quru yük gəmiləri; - 12418 "Molniya" layihəli raket kateri. Bununla yanaşı, Təhlükəsizlik Xidmətindən bildirilib ki, Rusiya Ukraynanın cənubundakı limanlara endirdiyi zərbələrə görə cavab alacaq. Qurum həmçinin məlumat verib ki, iyulun 25-nə keçən gecə Ukraynanın dronları Rostovda bir sıra hərbi hədəflərə zərbələr endirib. Xüsusilə, Rusiya Federasiyasının Ukrayna ərazisini atəşə tutduğu "Triumf" S-400 ZRK-nin tərkib hissələri olan 92N6E "Grave Stone" çoxfunksiyalı radiolokasiya stansiyası çıxarılıb. Bundan əlavə, "Tor-M2" zenit-raket kompleksi və "Pole-21" radioelektron mübarizə kompleksi məhv edilib, eləcə də FPV-dronların saxlanıldığı iki anbar vurulub.

Mənbə
oxu.az